Onlayn səsvermə zamanı bu dairədə maraqlı nəticə qeydə alınıb - FOTO

Onlayn səsvermə zamanı bu dairədə maraqlı nəticə qeydə alınıb  - FOTO

Bəzi dairələrdə qeydə alınan namizədlərin siyasi mövqeyi və fəallığı həmin dairələrdə seçki təbliğatının digərlərinə nisbətən daha rəqabətli şəraitdə keçəcəyini göstərir.

Məlumat üçün qeyd edək ki, belə dairələrdən biri 15 saylı Yasamal birinci seçki dairəsidir. Seçki təbliğatına 3 gün əvvəl start verisə də, bu dairədə namizədlər arasındakı rəqabətin kəskin olacağı hiss olunmaqdadır.

15 saylı Yasamal birinci seçki dairəsidə rəqabətin kəskin olacağı internet üzərindən keçirilən onlayn səsvermədən də müşahidə olunur.. Fərqli internet saytlar üzərindən həyata keçirilən onlayn səsvermələrdə seçicilərin daha əvvəl ölkə ictimaiyyətin tanımadığı Azər Quliyev adlı namizədə daha çox səs verdiyi görülür. Ötən seçkilərdə həmin dairədən millət vəkili seçilən Ülvü Quliyevin də onlayn səsvermədə Azər Quliyevdən geri qalır.

Məlumat üçün bildirək ki, 15 saylı Yasamal birinci seçki dairəsidə namizədliyi qeydə alınan şəxslər arasında ölkənin aparıcı siyasi partiyalarından birinin - Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Məclisin deputatı, tanınmış idmançı, karate idman növü üzrə Avropa və Dünya çempionu Ülvi Quliyev, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev, Azərbaycan Milli İstiqlal Partiyasının əsas funksionerlərindən biri Elşən Mustafayev, həmçinin hakim Yeni Azərbayacn Partiyasından seçkilərə qoşulan Rauf Nağıyev də yer alır. (Yeniavaz.com)

Sözügedən dairənin onlayn səsvermə nəticələrinə buradan baxa bilərsiniz

Mənbə: moderator.az