Hollandiyada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Hollandiyada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

20 Yanvar faciəsinin 30 - cu ildönümü münasibətilə Niderland Krallığında anım tədbiri keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Hollandaya Azərbaycan Türk Mədəniyyət Dərnəyi və Türk İslam Mədəniyyət Vəqfi tərəfindən təşkil edilən tədbir şəhidlərin ruhuna Quran oxunması ilə başlayıb və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Türk İslam Mədəniyyət Vəqfinin rəhbəri Tahsin Çetinkaya Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi ilə birlikdə anım tədbiri təşkil etmələrindən qürur hissi keçirdiyini bildirib. Həmçinin natiq iştirakçılara qanlı 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verib.

Anım proqramında çıxış edən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, 20 Yanvar hadisələri xalqımızın şərəf tarixidir. İlhan Aşkın deyib ki, həmin gün Bakı küçələrini bürüyən al-qırmızı qan müstəqillik yolunda atılan uğurlu addımlardan idi və Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. Dərnək sədri qeyd edib ki, xalqımız əli qana batmış rus qoşunlarına, Sovet İttifaqına sinə gələ və müstəqillik əldə edə bildi: "20 Yanvar hadisələri Azərbaycanın istiqlal yolunun ilk şəhidlik zirvəsi idi. Həmin gün 137 nəfər öldürüldü, 700 nəfər müxtəlif dərəcəli xəsarət aldı, 800-dən artıq insan həbs edildi. Azərbaycan türkünün müstəqillik arzusuna vəhşicəsinə cavab verilməsi və insanlarımızın qətlə yetirilməsini şiddətlə qınayır, şəhidlərimizə rəhmət diləyirik".

Azərbaycanlı konsul Selcan Verdiyev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qurtuluş bayramı olduğunu və bu günlərə asanlıqla nail olunmadığını söyləyib. Almanyadan olan diaspor təmsilçisi Orhan Aras bu günə qədər Azərbaycan xalqına qarşı həyata keçirilən qətliamlardan danışıb. Bildirib ki, 1905-ci ildən 1990-cı ilə qədər Azərbaycan xalqı davamlı olaraq qətliamlara məruz qalıb. O, qeyd edib ki, 20 Yanvar hadisələri Sovetləri kifayət qədər sarsıtmış oldu və Azərbaycanı müstəqilliyə aparan yol oldu. 20 Yanvar hadisələrinin danışıb şahidi doktor Kərim bəy həmin gecənin dəhşətlərindən danışıb. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Mənbə: olaylar.az