Kutoyanın ölümü kimə faydalı idi?

Kutoyanın ölümü kimə faydalı idi?

Ordu.az xəbər verir ki, bunu erməni teleaparıcı Aleksandr Sayadyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, belə bir vəziyyətdə susmaq düzgün addım deyil.

“Hesab edirəm ki, bu vəziyyətdə susmaq düzgün deyil və ümid edirəm ki, Kutoyanın doğmaları və yaxınları məni bağışlayacaqlar.

Kutoyandan əvvəl “1 Mart” işi açıldıqdan sonra güc strukturlarında rəhbər vəzifəsi tutmuş, müəyyən məlumata sahib olan daha iki şəxsin ölümünü yaşadıq və düşünən insan buradakı əlaqəni, zənciri görməyə bilməz. Nədir, güc strukturlarında hansısa epidemiya başlayıb? Bizə ilkin olaraq intihar versiyasını təqdim edirlər. Gəlin birlikdə təhlil edək. Artıq məlum olan məlumatlara görə, mənzildə bir tapanca, 30-40 kapsul və divarlarda atəş izləri tapılıb.

Bu, necə olub ki, atəş səslərini, hətta intihar hesab edilən ölümə səbəb olan bir atəşi heç kim eşitməyib? Atəşlərin səsboğuculu silahdan açılmasını güman etmək olar? Əlbəttə, olar. Əgər belədirsə, onda bu səsboğucu haradadır? Tək olmadığım üçün düşünməyə hüququmuz var ki, baş verən intihar deyil, sifariş edilmiş qətldir. Bu halda da təbii olaraq sual səslənir: Kutoyanın ölümü kimə faydalı idi?”, - deyə Sayadyan bildirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az