Şok: Avropa liderləri Putinə görə imtina edirlər

Şok: Avropa liderləri Putinə görə imtina edirlər

Avropa ölkələrinin liderləri Holokost qurbanlarının anım günü münasibətilə İsraildə keçirilən forumu ziyarət etməkdən imtina edirlər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Putç” Teleqram kanalı çıxış edib. Artıq indiyə qədər AB üzvü olan 4 prezidentin İsrailə getməkdən imtina etdiyi vurğulanıb.

Onların buna əsas səbəb kimi Vladimir Putinin mərasimdə iştirak etməsini göstərdiyi bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin yanvar ayının 23-də İsrail və Fələstinə səfər edəcəyi açıqlanıb.

Mənbə: axar.az