"Ən parlaq nümunə Jirinovskidir..." - Putin

"Ən parlaq nümunə Jirinovskidir..." - Putin

Rusiyanın parlamentli idarəetməyə keçməsi məqsədəuyğun deyil.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Parlamentli idarəetmə forması bizdə mümkündürmü? Nəzəri olaraq mümkündür. Məqsədəuyğundur, ya yox? Hər kəsin bununla bağlı öz fikri var. Mən hesab edirəm ki, məqsədəuyğun deyil", - deyə o bildirib.

Putin bunu ölkədə partiyaların uzun illərə dayanan təcrübəsinin olmamasıyla əlaqələndirib:

"Parlament respublikasının effektiv mövcudluğu üçün siyasi strukturun böyüməsi lazımdır. Avropada bəzi partiyalar yüzillərlə mövcud olub. Bizdə partiya konkret şəxslə bağlı olur".

Putin buna misal olaraq Jirinovskinin partiyasının adını çəkib:

"Ən parlaq nümunə Vladimir Jirinovskidir. Jirinovski varsa, Liberal Demokrat Partiyası var. Jirinovski yoxdursa... Liberal ideyanın özü yaxşıdır, partiya mövcudluğunu Jirinovskisiz qoruyub saxlaya bilərmi?"

Mənbə: olaylar.az