Rauf Əliyev seçicilərlə görüşdü - FOTO

Rauf Əliyev seçicilərlə görüşdü - FOTO

22 yanvar 2020-ci il tarixində 13 saylı Xəzər - Pirallahı seçki dairəsində namizədliyi irəli sürülmüş Rauf Əliyevin Mərdəkan və Şağan qəsəbəsi ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi.

Modern.az xəbər verir ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov giriş nitqi ilə çıxış edərək, YAP namizədini seçicilərə təqdim etdi.

Tədbirdə Rauf Əliyevin millət vəkili dövründə gördüyü işlərdən danışıldı və gələcək işlər haqqında geniş məlumat verildi. Eyni zamanda Şağan və Mərdəkan qəsəbə sakinlərinin problemləri dinlənildi. Mərdəkan və Şağan qəsəbəsi ağsaqqal və ziyalı seçiciləri yekdilliklə 9 fevral Parlament seçkilərində Yeni Azərbaycan Partiyası namizədinə səs verəcəklərini bildirdilər.

Mənbə: modern.az