Əsir və girovların yaxınlarının qarşılıqlı səfəri baş tuta bilər

Əsir və girovların yaxınlarının qarşılıqlı səfəri baş tuta bilər

Ermənistanda, Azərbaycanda və Qarabağda (Azərbaycanın işğal edilmiş ərazisi-red) saxlanılan şəxslərin yaxınlarının qarşılıqlı səfərlərinin təşkili məsələsi gündəliyə daxil edilib. Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir:

“Ümid edirəm ki, belə humanitar addımın təşkili üçün lazımi formatı tapacağıq. Bu, sırf humanitar addımdır, humanitar təşəbbüsdür. Ona görə də bu addımın etimad tədbirlərinin qurulmasında mühüm rol oynayacağına inanırıq”.

Mənbə: azvision.az