Ermənistan TŞ katibi: "Ölkədə həqiqətən də dövlət çevrilişinə cəhdlər olub"

Ermənistan TŞ katibi: "Ölkədə həqiqətən də dövlət çevrilişinə cəhdlər olub"

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, konkret adlar çəkməyən Qriqoryan həmin fəaliyyətlərin hüquqi nəticələrinə aydınlıq gətirməyib.

"Müsahibə zamanı sual belə olub. Mən müxalifətin və keçmiş hakimiyyətin mütəmadi olaraq məhv etməyə cəhd etdiyi və onların həm alətlərdən, həm də insanlardan istifadə etdiyi barədə danışmışam. Bir çox insan bu fitnəyə uyub, bu düşüncələri izləyib və addımlar atmağa çalışıb. Bunun nəticəsində deyə bilərəm ki, heç bir uğur qazanmayıblar", - deyə Qriqoryan bildirib.

"Kimlər olub?" sualına isə TŞ katibi bu şəkildə cavab verib: "Müxtəlif insanlar, lakin adlarını qeyd etməyəcəm".

 

Mənbə: ordu.az