Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, Serj Sarkisyan bir çox müsahibələrində rəsmi şəkildə torpaqların təhvil verilməsi haqqında bəyanat verib.
"Onun rus KİV-lərinə verdiyi müsahibələrini izləyə bilərsiniz. Onu buna görə ittiham edəndə əsas olub, hökumətimiz bu hissədə baş verənlər barədə açıq şəkildə danışıb", - deyə Qriqoryan qeyd edib.
Mənbə: ordu.az