Teymur Rəcəbov Putin Administrasiyası rəhbərinin müavini ilə görüşdü

Teymur Rəcəbov Putin Administrasiyası rəhbərinin müavini ilə görüşdü

Şahmat üzrə son dünya kubokunun qalibi Teymur Rəcəbov və beynəlxalq qrossmeyster Sergey Karyakin Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəcəbov İnstaqram hesabında paylaşım edib.

Şahmatçımız Kiriyenkoya təşəkkür edib: “Cənab Kiriyenkoya bu səmimi qarşılanmaya görə təşəkkür edirəm. O, məni xüsusi təbrik etdi və gələcəkdə uğurlar arzuladı”.

 

Mənbə: qafqazinfo.az