Səfir: Tacikistan Azərbaycanla bir çox sahələrdə sıx əməkdaşlıq edir

Səfir: Tacikistan Azərbaycanla bir çox sahələrdə sıx əməkdaşlıq edir

Tacikistan getdikcə Azərbaycanın nəqliyyat potensialından istifadəni artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli mətbuat konfransında bildirib.

Səfir deyib ki, iki ölkə həm də təhsil, mədəniyyət və humanitar sahələrdə sıx əlaqələrə malikdir. Hazırda Tacikistanın 43 vətəndaşı Azərbaycan universitetlərində təhsil alır.

Diplomat qeyd edib ki, Azərbaycan və Tacikistan ATƏT, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir.

Qeyd edək ki, Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ilin avqustunda Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Mənbə: azertag.az