Ermənistan MTX-nin sabiq direktorunun ölümü ilə bağlı Vikipediyada yerləşdirilən maraqlı detal

Ordu.az xəbər verir ki, bölmələrdən biri “İctimai xadimlərin bəyanatları” adını daşıyır.

Gülməlisi ondadır ki, qeyri-təsadüflə bu bölmədə yalnız Ermənistan İctimai Şurasının sədri Styopa Safaryan və “Məlumatlı Vətəndaşlar” ictimai təşkilatının sədri Daniel İoannisyanın qiymətləndirməsi təqdim edilib.

Bu, təsadüfdür, yoxsa əvvəlcədən düşünülmüş, yönləndirilmiş hərəkətdir? Minlərlə ictimai siyasi xadimdən bu ikisi Ermənistanı təmsil edir? İki sorosçu

Erməni ictimai xadimlərin bəyanatları

Bir sıra ictimai xadimlər Georgi Kutoyanın ölümü ilə bağlı bəyanatlarla çıxış edib.

Ermənistan İctimai Şurasının sədri Styopa Safaryan öz “Facebook” səhifəsində aşağıdakı yazıb: “Bir neçə gün bundan öncə Vanetsyan üçün təhlükələrin olduğunu qeyd etdik və təklif etdik ki, hökumət onun təhlükəsizliyi barədə qayğı göstərsin. Lakin məlum olur ki, qaralar “gecə” həfəfi dəyişiblər. Kutoyanın ailəsinə başsağlığı verirəm”.

Ermənistan İctimai Şurasının yeni təyin olunmuş üzvü, “Məlumatlı Vətəndaşlar” ictimai təşkilatının sədri Daniel İoannisyan öz “Facebook” səhifəsində yazıb: “Georgi Kutoyan nə oliqarx, nə də acgöz idi. Şəxsi düşmənləri yox idi, təvazökar həyat yaşayırdı. Lakin Georgi Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidməti haqqında çox şey bilirdi. Çox-çox şey. Mərhəmət et”.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

199 nömrəli avtobuslarda dəyişiklik - VİDEO

SONRAKI XƏBƏR

Erməni əsgər anaları etiraza qalxdı: "Paşinyan vədini yerinə yetirmir"