Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını istəyir

Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını istəyir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun genişləndirilməsini və Gürcüstanın təşkilata üzv qəbul olunmasını vacib hesab edir.

”Report” “Reuters”ə istinadən xəbər verir ki, nazir bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə bildirib.

“Gürcüstanı niyə dəvət etmədiyimizi, yaxud da Gürcüstanın üzvlüyünə yönələn fəaliyyət planını işə salmadığımızı başa düşmürəm... Biz qonşu ölkə kimi Rusiya ilə əlaqələrimizi nisbətən yaxşılaşdırdığımıza görə tənqidlərə tuş gəlirik, amma qərbli dostlarımız da Rusiyanı təhrik etmək istəmədikləri üçün Gürcüstanı dəvət etməyə razılaşmayıblar. Amma Gürcüstan bizə möhtacdır, biz də Gürcüstan kimi müttəfiqə ehtiyac duyuruq. Odur ki, bizə genişlənmə gərəkdir, Gürcüstan da üzv olmalıdır”, M.Çavuşoğlu deyib.

Mənbə: report.az