TASS-ın baş direktoru: Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərində əsas söz sevgidir

"Bakı və Moskvada onları sevirlər” kimi çox gözəl adı olan sərgini bizim birgə işləməyi sevdiyimiz və çoxdan birlikdə çalışdığımız dost agentlikdən - AZƏRTAC-dan olan həmkarlarımızla hazırlamışıq. Biz, həmçinin Azərbaycan Prezidentinin mətbuat xidmətinə göstərilən köməyə görə minnətdarlığımızı bildiririk. Onlar bir neçə nadir və kifayət qədər gözəl fotoşəkillər təqdim etdilər. Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətlərində əsas söz sevgidir. Əvvəl də belə olub, indi də belədir, əminəm ki, belə də olacaq. Biz bu sevgini burada, Bakıda hiss edirik. Mən əminəm ki, Moskvaya və Rusiyanın digər şəhərlərinə gələrkən siz də bu sevgini hiss edirsiniz.

Bu barədə TASS agentliyinin baş direktoru Sergey Mixaylov “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Bakı və Moskvada onları sevirlər” adlı sərginin açılışında jurnalistlərə müsahibəsində deyib.

“Burada möhtəşəm nadir şəkillər var. Çox gözəl sərgidir. Fotoşəkillərə gəlincə, bu barədə çox danışmağa ehtiyac yoxdur. Hər fotoşəkil milyon sözü əvəz edir. Bir sözlə, gəlin, tamaşa edin”, - deyə S.Mixaylov qeyd edib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Neftçi” yenə məğlub oldu

SONRAKI XƏBƏR

17 yaşlı qızın saçları 2 metrə çatdı - FOTO