Çoxsahəli islahatlar: nəticələr göz önündə

Prezident İlham Əliyev: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir"

Hər il başa çatarkən, "Növbəti ilə hansı uğurlarla qədəm qoyuruq?" sualını veririk və bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni və demokratik inkişafı yönündə həyata keçirilən islahatlar və xarici siyasət sahəsində qazanılan uğurları bir daha təhlil etmək zərurəti duyulur. Bu sözgəlişi deyilən söz deyil, real faktlara əsaslanan nəticələrdir. Həmin uğurlar, əldə edilən nailiyyətlər, birmənalı olaraq, ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin məntiqi göstəricisidir.

Artıq əldə olunan uğurlar, iki il öncə - 2018-ci ilin prezident seçkiləri ərəfəsində dövlət başçımızın verdiyi nəhəng və çoxşaxəli islahatlarla bağlı anonslarının bariz sübutudur.

Bəs bu illər ərzində nələr baş verdi?

Seçkilərdən sonra andiçmə mərasimində görüləcək işlərlə bağlı Prezident tərəfindən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Prezident İlham Əliyev islahatlarla bağlı çox ciddi işlərin aparılmasını bildirdi: "İslahatların davam etdirilməsi üçün çox ciddi iş aparılmalı, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Son illər ərzində, müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində, ölkəmiz inkişaf edib. Son 15 il ərzində, iqtisadi baxımdan, dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır".

Prezident İlham Əliyev sözünə və vədinə sadiq qalan dövlət başçısı imicini qazanıb

Bu faktor son 16 ildə özünü dəfələrlə isbatlayıb. Son 16 il ərzində, Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Bu yerd Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

16 il öncə deyilənlər bu gün öz nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Dövlət başçısı əldə olunan nailiyyətlərlə bağlı dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bildirib ki, Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib: "2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb.

Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun".

Son 16 ilin uğur reallıqları - faktlar, rəqəmlər...

Son 16 ildə sürəili inkişaf yolu keçən Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Belə ki, 16 il öncə, 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 50 milyard dollara yüksəlib. Sözsüz ki, bu ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində əldə olunub.

Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Son 16 ildə Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Prezident İlham Əliyevin bu islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır.

Qısqanclıqla qarşılanan həqiqətlər

Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli

dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq, bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə və onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada, bir sıra müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların və təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Əgər ölkəmizdə son 16 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq, bu iddianın düzgün olmadığını görmüş olarıq. Bu baxımdan, elementar bir müqayisəni vermək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edirdisə, Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4,8 milyard dollardır. Bu da, ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur.

Bu günlərdə İsveçrənin Davos şəhərində "Birgə və davamlı dünyanın maraqlı tərəfləri" mövzusunda keçirilən 50-ci Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində dünyanın siyasi və iqtisadi elitalarının ən tanınmış nümayəndələri ilə görüşlər keçirdi, forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirak etdi. Bu mötəbər forumda da Prezident İlham Əliyev beynəlxalq aləmə çatdırdı ki, Azərbaycaq müstəqil siyasət yürüdür və bu siyasətin əsas məqsədi ölkəmizi gözügötürməyənlərə inkişaf və tərəqqi reallıqlarını göstərməkdir.

Bu gün ölkəmizin bu uğularını həzm edə bilməyən bəzi qərəzli qurum və təşkilatlar anlamalıdırdar ki, Azərbaycana qarşı nə qədər qərəzli olsalar da, faktlar qarşısında geri çəkilməyə məcburdurlar və məcbur olacaqlar. Belə ki, Azərbaycan hər il əldə etdiyi nailiyyətlərlə dünyanın sivil, demokratik və dinamik inkişaf edən ölkələri sırasında yer aldığını konkret faktlar əsasında dünyaya sübut edir.

RƏFİQƏ KAMALQIZI

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Məşhurlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

SONRAKI XƏBƏR

AB Türkiyəyə görə Rusiyaya sanksiya tətbiq edə bilmədi