Ərdoğan: Əlimizdən gələni edəcəyik

Ərdoğan: Əlimizdən gələni edəcəyik

Prezident Rəcəb Tayyib Ərdoğan episentrinin Elazığın Sivricə bölgəsi olan 6.8 bal gücündə zəlzələ səbəbiylə İstanbuldakı proqramını ləğv edərək Elazığa gedib.

Zəlzələ bölgəsində araşdırmalar aparacağı gözlənilən Prezident Erdoğan zəlzələdə ölən ana və oğlunun dəfn mərasimində iştirak edib. Mərasimdə Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş da olub.

Prezident Ərdoğan bildirib ki, zəlzələdən əziyyət çəkən heç kim diqqətdən kənarda qalmayacaq: "Biz dövlət olaraq millət olaraq əlimizdən gələni edəcəyik".

Prezident Ərdoğan zəlzələ bölgəsində araşdırmalar aparır.

REAL

Mənbə: www.realtv.az