“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhtəsindən gəlib” - Ərdoğan

“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhtəsindən gəlib”  - Ərdoğan

“Türkiyə keçmişdə çoxlu zəlzələlər yaşayıb, amma Türkiyə xalqı həmişə böyük əzmlə bütün çətinliklərin öhtəsindən gəlib”.

“Qafqazinfo”nun "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu sözləri güclü zəlzələdən ziyan çəkən Elazığ şəhərinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə hökuməti və Türkiyə xalqı onlardan asılı olan hər şeyi edir və etməyə davam edəcəklər. Dağıntıların aradan qaldırılması işləri davam etdiriləcək”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Kollektiv Mənzillər İdarəsi yeni yaşayış evlərinin tikintisi üçün lazımi addımlar atacaq.

Mənbə: qafqazinfo.az