Cavad Zərif: “Bizim üçün Ağ evdə kimin oturmağı deyil, necə davranmağı önəmlidir”

İran general Qasım Süleymaninin öldürülməsinə baxmayaraq ABŞ-la danışıqları istisna etmir.

“Spiegel”in xəbərinə görə, İranın Daxili İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ İrana qarşı sanksiyaları götürsə, danışıqlar aparmaq mümkündür:

“Mən insanların münasibətlərini dəyişdirib gerçəkliyi qəbul etmə ehtimalını heç vaxt istisna etmirəm. Bizim üçün Ağ Evdə kimin oturmağının əhəmiyyəti yoxdur. Onların necə davranması önəmlidir. Tramp administrasiyası keçmişdə olanları dəyişə, sanksiyaları götürüb danışıqlar apara bilər. Biz hələ də danışıqlar masasındayıq. Buranı tərk edən onlardır”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Səməd Seyidov: “Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”

SONRAKI XƏBƏR

Evdən 3 uşağın meyiti tapıldı — Müəmmalı ölüm polisləri çaşdırdı