İmamoğlu kommunist bələdiyyə sədri ilə görüşdü

İmamoğlu kommunist bələdiyyə sədri ilə görüşdü

İstanbul Böyük Şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu xanımı ilə birlikdə zəlzələ bölgəsində səfər edib.

Cebhe.info xəbər verir ki, Elazığ və Malatyadan sonra Tunceliyə gedib. 22 gündür naməlum şəraitdə itkin düşən 21 yaşlı universitet tələbəsinin ailəsini ziyarət edən İmamoğlu sonra Tunceli bələdiyyəsinin sədri Mehmet Maçoğlu ilə görüşüb.

“İstanbul bütün Türkiyəyə əl uzatmaq, yardım etmək məcburiyyətində olan bir şəhərdir. Bizim üçün ölkənin şimalı, cənubu, şərqi və ya qərbi fərq etməz. Biz bütün millətə xidmətimizi göstəririk”-deyə, İmamoğlu vurğulayıb.
Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info