Putindən Paşinyana dirsək: baş nazir hələ də Moskvaya rəsmi səfər dəvəti almayıb

Putindən Paşinyana dirsək: baş nazir hələ də Moskvaya rəsmi səfər dəvəti almayıb

Milli Dirçəliş Hərəkatı Partiyası sədri, V çağırış üzrə deputat Fərəc Quliyev isə söylədi ki, məsələyə Ermənistan hakimiyyətində kimin olması prizmasından baxılmamalıdır. Onun fikrincə, Rusiya Ermənistanın arxasında dayanır və Qarabağ münaqişəsinin həllində Azərbaycan xeyrinə ədalətli addım atmır: “Rusiya Ermənistanın arxasından çəkilməlidir, Qarabağ probleminin həlli üçün normal fəaliyyətə imkan verməlidir. Bu, yoxdursa, Putinin Paşinyandan xoşu gəlsə də, gəlməsə də, Azərbaycana fayda etmir. Çünki Ermənistanın istər xarici işlər naziri, istərsə də digər rəsmilərinin açıqlamalarında əvvəlki siyasi rəhbərlikdən fərqli mövqe müşahidə etmirik”.
Fərəc Quliyev: “Avropaya doğru addım atmasına görə Putin ona güvənmir”

F.Quliyev onu da qeyd etdi ki, Paşinyanın Avropaya doğru addım atmasına görə Putin ona güvənmir.

Qeyd edək ki, Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında insident baş vermişdi. İclas zamanı quruma sədrlik Ermənistandan Belarusa keçib. Çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan üzv ölkələrin rəhbərləri, eləcə də Moldovanın prezidenti İvan Dodonu və Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayevi salamladıqdan sonra protokolu kobud şəkildə pozub. Belə ki, o, ev sahibi qismində iştirak edən Rusiya prezidenti Vladimir Putinə söz vermək əvəzinə sənədlərin imzalanmasına keçməyi təklif edib. Daha sonra söz təklif edilən V.Putin çıxışdan imtina edib.


Emil SALAMOĞLU/“Yeni Müsavat”

Mənbə: davam.az