“Deputatlığa namizəd partiya sədrləri məhəllə görüşləri keçirməyiblər”.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlu qeyd edib ki, seçkiqabağı təşviqat üçün ayrılan müddət başa çatır: “Namizədliyini irəli sürən bəzi partiya sədrləri və rəhbərləri bu günə qədər 1 dəfə də olsun nə qapı, nə məhəllə, nə də qrup görüşü keçirməyib. Yalnız posterlərini Facebookda post ediblər. Sizcə, bunu necə izah etmək olar?”
Mənbə: pravda.az