Deputatlığa namizədlərə faydalı MƏSLƏHƏT

Deputatlığa namizədlərə faydalı       MƏSLƏHƏT

“Daha öncə deputat olmayan, bu seçkilərdə özünü buraxan, amma təkrar deputat olmaq istəyən şəxslə rəqib olan namizədlərə bir tövsiyəm var. Milli Məclisin rəsmi internet resursunda "stenoqramlar" bölməsi var. Orada bir araşdırma edib, son 5 ildə rəqibləri olan şəxsin neçə dəfə, hansı mövzuda çıxış etdiyini müəyyən edib, seçicilərinə informasiya verə bilərlər”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Ələsgər Məmmədli deyib.

“Məsələn, mən 9 iyul 2019-cu il tarixli Milli Məclisin iclasında 38 məsələnin müzakirəyə çıxarıldığını müşahidə etdim. Maraqlısı budur ki, 38 məsələnin hər birində fundamental hansısa qanuna dəyişiklik, əlavə müzakirəyə çıxarılıb. Təqdim edən şəxsdən başqa heç kim bu 38 məsələdə müzakirəyə qoşulmayıb. Sadəcə bir deputat söz alıb, o da medal alanları təbrik etmək üçün. Ən diqqət çəkən məqam da ondan ibarətdir ki, 38 fərqli qanunun təqdimatı və sonra da müzakirəsi, səsə qoyulması, qəbul edilməsi cəmi 58 dəqiqə vaxt alıb. Çox yaxşı resursdur təşviqat üçün. İstifadə edin” – Ə.Məmmədli qeyd edib.

Mənbə: pravda.az