Bu təşkilatlar seçkidə ekzit-poll keçirəcək

Bu təşkilatlar seçkidə ekzit-poll keçirəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə ekzit-poll keçirmək niyyətində olan qurumların müracətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkidə ekzit-pollun keçirilıməsi uzun illərin təcrübəsidir:

“Vətəndaşların Əmək Hüquqlarını Müdafəsi Liqası MSK-ya müraciət edəərk ekzit-poll keçirmək niyyətində olduğunu bildirb. O, bu işi ABŞ-dan olan xarici tərəfdaşı “AJF&Associates İnc.” (“Artur Filkenşteyn və Assosiasiya”) ilə birgə keçirəcək. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının təqdim etdiyi sənədlərdə bildirilib ki, ekzit-pollu 118 seçki dairəsi üzrə 1053 seçki məntəqəsində keçirmək niyyətindədir. Bu iki təşkilat 2015-ci il parlament seçkilərində, 2016-cı ildə keçirilən referendumda və 2018-ci ildə keçirilən prezident seçkilərində ekzit-poll keçiriblər. Təqdim olunan sənədlərdə o da bildirilib ki, 47 nəfər supervayzer, 2106 intervüyerin bu layihəyə cəlb olunması nəzərdə tutulub”.

Məsələ səsə qoyularaq qəbul edilib.

Mənbə: axar.az