Erməni politoloq: “Paşinyan korrupsiyalaşmış rejimdən kimlə böyük həzzlə əməkdaşlıq edir?”

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan, guya 2018-ci ilin mayından etibarən cənab Tovmasyanın ona öz xidmətlərini təklif etdiyini bildirib.

““Korrupsiyalaşmış rejimin nümayəndələri ilə əməkdaşlıq etmək istəyim olmayıb, yoxdur, olmayacaq”, - cüssəli şəkildə cənab Baş nazir bildirdi.

Maraqlıdır, bəs cənab Paşinyan məsələn, Ermənistanın Baş prokuroru Artur Davtyanla sıx əməkdaşlığını necə açıqlayacaq?

Cənab Baş nazir unuda bilərmi ki, o, Davtyanın ünvanına nələr deyirdi, parlament kürsüsü və ailə qəzetinin səhifələrindən ona hansı ittihamlar təqdim edirdi?

Nə baş verdi ki, əvvəlki hakimiyyətin maraqlarına xidmət edən Davtyan Artur birdən-birə cənab Paşinyanın “ürək” prokuroru oldu. Cavab hamıya məlumdur”, - deyə erməni politoloq qeyd edib.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

İndoneziya HHQ-nin yeni pilotsuz döyüş təyyarəsi nümayiş olunub

SONRAKI XƏBƏR

“İrates”: Ermənistan rəhbərinin seçilməsi məsələsində Rusiyanın mövqeyi hər zaman vacib olub