Türkiyə də texnokratik dəyişiklik astanasında: Ərdoğan hakimiyyətdən gedir – ŞOK İDDİA

Türkiyə də texnokratik dəyişiklik astanasında: Ərdoğan hakimiyyətdən gedir – ŞOK İDDİA

Şərq və Avrasiya ölkələrində yeni tendensiyalar yaşanır.

Uzun illərdən bəri hakimiyyətlərini qoruyan iqtidarlar indi öz yerlərini yeni qüvvələrə verirlər. Adına texnokratik dəyişiklik deyilən bu tendensiya ilk əvvəl Qazaxıstanda yaşandı. Daha sonra Livanda eyni proseslərin getdiyini, ölkə prezidenti Mişel Avnın xarici ölkə səfirliklərinin iştirakı ilə ənənəvi kvota hökumətini buraxdığını və mütəxəssislərdən ibarət yeni kabinet qurduğunu gördük. Bənzər hadisə hazırda Azərbaycanda da yaşanır. Bir müddət əvvəl Rusiyada da buna bənzər dəyişikliklər baş versə də, mütəxəssislər rus dərin dövlətinin daha çox dəyişiklik adıyka stumiliyasiya etdiyini düşünürlər.

Maraqlıdır ki, Türkiyənin də bu il texnokratik dəyişikliyə hazırlaşdığı bildirilir.

Ovqat.com-un məlumatına görə, bu iddianı Türkiyənin məşhur jurmalistlərindən Sabahəddin Önkibar irəli sürüb.

Jurnalistin iddia edir ki, bu il Türkiyə prezidenti səhhətindəki problemləri əsas gətirərək, hakimiyyətdən uzaqlaşacaq və ölkə idarəçiliyini texnokratik komandaya həvalə edəcək.

Etibarlı mənbələrdən aldığı məlumatın səbəbləri üzərində də dayanan jurnalist bunu Türkiyənin iqtisadi cəhətdən böyüməmə və xarici basqılarla üz-üzə qalma amilləriylə əsaslandırıb.

Azərbaycanın eyni prosesi Türkiyədən ən azı 1 il əvvəl keçirdiyini nəzərə alıb ölkəmizdə baş verən proseslərin bənzər mahiyyətinə işıq tutmaq üçün həmin video-çıxışı təqdim edirik.

Mənbə: teref.az