Ərdoğanla Tramp Liviya və Suriya məsələlərini müzakirə ediblər

Ərdoğanla Tramp Liviya və Suriya məsələlərini müzakirə ediblər

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.

Ağ Ev rəsmisi bildirib ki, dövlət başçıları Liviyada atəşkəs rejimini, həmçinin Suriyada zorakılıqların dayandırılmasını müzakirə ediblər.

Mənbə: report.az