Azərbaycanın qonşusu da qapıları bağladı: SƏFƏRLƏR DAYANDI

Azərbaycanın qonşusu da qapıları bağladı: SƏFƏRLƏR DAYANDI

Rusiya Çindən gediş-gəlişə qadağa qoyub.

Cebhe.info xəbər verir ki, turoperatorlar Çindən yeni qrupların qəbulunu dayandırıb. Bu barədə Rusiya Türizm İttifaqından bildirilib.

"Dünən axşam hansısa qrup gəlib, bu gün isə bütün siyahılar dəqiqləşdirilib, çinlilərin Rusiyaya qrup şəklində bütün səfərləri təxirə salınıb",- deyə məlumatda vurğulanır.

Beləliklə də 27 yanvar çinlilərin Rusiyaya son səfər günü olub.

Ancaq daha əvvəl Rusiya ərazisinə gələnlər səfərləri yarımçıq saxlayıb vətənə qaytarılmayacaqlar.

Xatırladaq ki, Çində koronavirusdan ölü sayı artıq 100-ə yaxınlaşır. Yoluxanların sayının da 3 mindən artıq olduğu deyilir.

Mənbə: cebhe.info