Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib

Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib

“Ötən il ölkəmiz üçün uğurla başa çatıb, qarşıya qoyulan bütün vəzifələr icra edilib, dayanıqlı inkişaf və sabitlik təmin olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Sosial-iqtisadi inkişaf sürətinə görə ölkəmiz dünyada öncül mövqedədir”.

Cebhe.info xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında Komitə sədri ətraflı danışılıb. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələrdən söz açan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət başçısının təşəbbüsü ilə ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib:

“O cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Ötən il beş minədək məcburi köçkün ailəsi yeni ev və mənzillə təmin edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə yeni mənzillərdə, ilk növbədə, hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdirilir”.

Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2019-cu ilin yekunlarına dair hesabatları müzakirə edilib, kollegiyanın 2020-ci il üçün iş planı təsdiq olunub. Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.

 

 

 

Mənbə: cebhe.info