Gürcüstan Çində koronavirusun qeydə alındığı bölgədən vətəndaşlarını təxliyə edəcək

Gürcüstan Çində koronavirusun qeydə alındığı bölgədən vətəndaşlarını təxliyə edəcək

Gürcüstan Çində koronavirusun qeydə alındığı bölgədən vətəndaşlarını təxliyə etməyi planlaşdırır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekatirina Tikaradze bildirib.

Onun sözlərinə görə, təxliyənin həyata keçirilməsi ilə bağlı qərar bu gün günorta saatlarında qəbul ediləcək.

Nazir qeyd edib ki, yaxın günlərdə Gürcüstandan Çinə uçuşlar dayandırılacaq.

Mənbə: apa.az