“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”

“Koronavirusun Azərbaycan üçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram”

Vahid Əhmədov: “Hər şey əlaqədar qurumların verilən göstərişləri necə yerinə yetirəcəyindən asılıdır”

Çində meydana çıxan vəqısa zamanda bütün dünya üçün ciddi təhdid mənbəyinə çevrilən koronavirusu Azərbaycanıda müəyyən önləyici tədbirlər görmək məcburiyyəti ilə üz-üzə qoyub.

Maraqlıdır, Çindəyaranmış mövcud fövqəladə situasiya ilə əlaqədar olaraq, bu ölkədən Azərbaycanaməhsul gətirilməsinin azalması və ya tamamilə dayanması məhsul qıtlığına, yaxudmövcud məhsulların qiymətinin artmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlamaverən millət vəkili Vahid Əhmədov belə bir ehtimalın reallaşacağınainanmadığını vurğuladı:

“Koronavirusun Azərbaycanüçün ciddi iqtsiadi problemə səbəb olacağına inanmıram. Həm prezident, həm dəMehriban xanım tərəfindən bu xəstəliyin Azərbaycana keçməsinin qarşısını almaqüçün lazımi göstərişlər verilməkdədir. Bildiyiniz kimi, AZAL da müvəqqətiolaraq Çinə uçuşları dayandırdı.

Hər şey əlaqədarqurumların ölkə rəhbərliyi tərəfindən verilən göstərişləri necə yerinə yetirəcəyindənasılıdır. Hələlik ölkəmizlə bağlı ciddi problem yoxdur. Insanlar da narahatolmamalıdır. Sadəcə, ölkəyə gələn insanlar kimliyindən asılı olmayaraq, ciddi şəkildənəzarətdən keçirilməli, müvafiq gösdtərişlərə yüksək səviyyədə əməl etməklazımdır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az