82 yaşlı nazir koronavirusa görə Çinə getmədi

82 yaşlı nazir koronavirusa görə Çinə getmədi

ABŞ-ın Ticarət naziri Uilbur Ross koronavirusun sürətlə yayılması səbəbiylə bu həftə Çinə planlaşdırılan səfərini təxirə salıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, 82 yaşlı Ross bu qərarı ABŞ rəsmilərinin koronavirusun yayılması ilə bağlı qorxuları fonunda verib.

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.

Mənbə: qafqazinfo.az