Qazaxıstan Rusiyaya səfir təyin etdi

Qazaxıstan Xarici İşlər nazirinin müavini Ermek Koşerbayev ölkənin Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Müvafiq qərar dövlət başçısı Kasım-Jomart Tokayev tərəfindən verilib.

Eyni zamanda, 54 yaşlı Koşerbayev Prezidentin sərəncamı ilə Qazaxıstan XİN rəhbərinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, ötən ilin dekabrın 18-də Qazaxıstan Prezidenti İmanqali Tasmaqambetovu təqaüd yaşı ilə əlaqədar respublikanın Rusiyadakı səfiri vəzifəsindən azad edib. O, 2017-ci ilin fevral ayından bu vəzifəni icra edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Çin hökuməti həbslərə başladı: Ölümcül virusla bağlı saxta xəbərlər yayıblar

SONRAKI XƏBƏR

DİN yol qəzaları ilə bağlı məlumat yaydı