Ermənistanda iki Çin vətəndaşı təcrid olunub

Ermənistanda iki Çin vətəndaşı təcrid olunub

Hazırda Ermənistanda olan iki Çin vətəndaşı təcrid olunmuş vəziyyətdədir. Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlardan biri yüksək qızdırma səbəbindən müayinə olunur. Təcrid olunmuş çinlilərin Gürcüstan sərhədini keçməsinə icazə verilməyib.

"Onlardan birinin temperaturu 37 dərəcəyə çatıb. O, rentgen müayinəsindən keçib. Təhlükəsizlik baxımından onlar təcrid olunublar”, - deyə Ermənistan Səhiyyə Nazirliyinin nümayəndəsi Liana Torosyan bildirib.

Onun sözlərinə görə, çinlilər iki həftə Gürcüstanda qalıblar, sonra İrəvana gəliblər.

Pərvanə Sultanova

Mənbə: azvision.az