Putin Medvedyev barədə: Çətinliklər var idi...

Putin Medvedyev barədə: Çətinliklər var idi...

Köhnə hökumətin üzvlərinə təşəkkür edirəm. Çətinliklər çox idi, heç yerdə tapşırıqlar 100 faiz yerinə yetirilmir, amma bir çox vacib işlər görüldü.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Dmitri Medvedyevin rəhbərliyi altındakı hökumət asan şərtlərlə işləməyib. Heç yerdə və heç vaxt planlar 100 faiz yerinə yetirilmir. Amma ümumilikdə hesab edirəm ki, hökumət ölkənin uzunmüddətli strateji inkişafı üçün çox şeylər edib”, - Putin bildirib.

Mənbə: axar.az