Müharibə veteranları Siyavuş Novruzovla bağlı birgə bəyanat yaydı

Müharibə veteranları Siyavuş Novruzovla bağlı birgə bəyanat yaydı

Moderator.az xəbər verirki, bu gün bir qrup veteran təşkilatı millət vəkilliyinə namizəd, müharibəveteranı Siyavuş Novruzovla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Hörmətli Həmvətənlərimiz!

Bildiyiniz kimi, 9 fevral2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində 5 saylı Şahbuz-Babəkseçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Əfqanıstan, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə, həmçininSədərək döyüşlərində fəal iştirak etmiş müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəaliştirak edir.

O, hər zaman müharibə və əməkveteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğıgöstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindəngələni əsirgəmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsilolunacağı halda xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi iləaparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahınındaha da yaxşılaşmasında, sosial yönümlü qanunların qəbul olunmasındabundan sonra da fəal iştirak edəcək.

Hörmətli seçicilər,hamılıqla Siyavuş Novruzova səs verək!”

 

Azərbaycan RespublikasıMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

AzərbaycanRespublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu

"AzərbaycanƏfqanıstan Veteranları" İctimai Birliyi

AzərbaycanGözdən Əlillər Cəmiyyəti

Mənbə: moderator.az