Türkiyə Səfirliyinin mətbuat müşaviri Moderator.az-ın qonağı oldu

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Moderator.az-ınqonağı olub.

Görüş əsnasındaredaksiya heyəti və onun iş şəraiti ilə yaxından tanış olan Hüseyin Altınalan,Türkiyə-Azərbaycan münasibətləri, bu münasibətlərin bu günü və sabahı ilə bağlıfikirlərini dilə gətirib, iki dövlətarasında bütün sahələrdə əlaqələri gücləndirməyin zəruriliyini vurğulayıb. Azərbaycandafəaliyyət göstərməkdən məmnunluq duyduğunu bildirən H.Altınalan, bütövlükdətürk toplumları arasında münasibətləri inkişaf etdirmək, türk dünyasının özünəməxsustarixi-mənəvi dəyərlər ətrafında daha sıx birləşməsini təmin etmək üçün dahasistemli fəaliyyətə ehtiyac duyduğunu qeyd edib.

 

Moderator.az-ınbaş redaktoru Zülfüqar Hüseynzadə də iki qardaş dövlət arasındakı əlaqələrin tarixiliyinədiqqət çəkib, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq münasibətlərininbelə fövqündə dayandığını vurğulayıb. Bununla yanaşı, Z.Hüseynzadə Türkiyə vəAzərbaycan media orqanları arasında əlaqələri genişləndirməyi də zəruri hesabetdiyini bildirib.

 

Türkiyə səfirliyinin nümayəndələrinin redaksiyanı ziyarət etmələrindən məmnunluğunu diləgətirən Z.Hüseynzadə, H.Altınalana öz yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Səmimi söhbət şəraitində keçən görüşün sonunda xatirə şəkli çəkilib.

SeymurƏLİYEV

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Tramp dövlətlərin iqtisadiyyatına dağıdıcı “dollar yürüşü”nə başlayır, Azərbaycan da hədəflərdən biridir…

SONRAKI XƏBƏR

Dağlıq Qarabağdakı qondarma rejim Paşinyan üçün böyük bir təhlükə mənbəyi olaraq qalır - Ceyhun Əhmədli