“Koronavirusun uyğur düşərgələrində yayılması daha dəhşətli fəlakətə səbəb ola bilər...”

“Koronavirusun uyğur düşərgələrində yayılması daha dəhşətli fəlakətə səbəb ola bilər...”

Uyğur liderləri rəsmi Pekini bunun qarşısının alınması üçün bütün mümkün tədbirləri görməyə çağırdı...

Çinin Uhan şəhərində yayılmış koronavirusun bir milyondan çox müsəlmanın –uyğur türkünün yaşadığı və “siyasi yenidən təhsil" düşərgələrinin olduğu Sintzyan-Uyğur muxtar əyalətindəki insanlara da yoluxması haqda informasiyalar təsdiqlənib.

Moderator.az xəbər verir ki, xarici İslam saytları bu haqda “Vox» nəşrinə istinadla məlumat yayıb.

Ölümcül virusun bilavasitə düşərgələrdə yayılması barədə məlumat verilməyib. Lakin mütəxəssislər hesab edirlər ki, həmin müəssisələrdə məhbusların sıx yerləşməsi və sanitar şəraitin bərbad olması virusun düşərgələrə çatacağı təqdirdə fəlakətli nəticələrə səbəb ola bilər.

"Gərgin şərait, pis gigiyena və immunitet sistemindəki stres – bunlar hamısı böyük bir fəlakətə çevrilə bilər"- deyə Corctaun Universitetinin Çin tarixi üzrə professoru Ceyms Milvard bildirib.

"Koronavirus Sintzyan böhranına tamamilə yeni bir ölçü əlavə edə bilər"- Çin həbs düşərgələri üzrə ekspert Adrian Zents isə belə deyib.

Uyğur liderləri öz növbəsində Çin hakimiyyətini müsəlman həbs düşərgələrində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyə çağırıblar.

Sultan Laçın

 

Mənbə: moderator.az