MSK-ya namizədliklə bağlı müraciət edən 2500 nəfərdən yalnız 24 -nün qeydiyyatla əlaqədar problemi olub. Onların da 5-i konstitusion hühuqu olmayan şəxslərdir.
Bunu Mərkəzi seçki komssiyasının sədri Məzahir Pənahov Real-a verdiyi eksklüziv müsahibəsində deyib.
Komissiya sədri qeydiyyatı ləğv olunan 5 nəfərdən 2-sinin ikili vətəndaşlığının olduğunu, digər 3 nəfərin isə ağır cinayətlərdə ittiham olunduğunu və ödənilməmiş məhkumluğunun olduğunu deyir.
MSK sədri Sosial medianın seçki prosesinə mane olmadığını, əksinə MSK-nın işinə kömək etdiyini dedi.
Məzahir Pənahov bütün xoşagəlməz halların qanunvericiliyin tələbinə uyğun olaraq həll ediləcəyini bildirib.
Komissiya sədri ən çox diqqətini cəlb edən pozuntulardan da danışdı.
Mənbə: www.realtv.az