Dmitri Peskov: Rusiya və Türkiyə İdlib problemi ilə bağlı müxtəlif səviyyələrdə sıx əlaqədədir

Dmitri Peskov: Rusiya və Türkiyə İdlib problemi ilə bağlı müxtəlif səviyyələrdə sıx əlaqədədir

Rusiya və Türkiyə İdlib problemi ilə bağlı müxtəlif səviyyələrdə sıx əlaqədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov “Rusiya Xarici İşlər Nazirliyi Rusiya turistlərinə Türkiyəyə getməməyi tövsiyə edəcəkmi” sualına cavabında qeyd edib ki, hazırda bunun üçün əsas yoxdur. O deyib ki, Kreml Rusiyanın Türkiyədəki səfirinin və orada işləyən Rusiya vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunacağına əmindir. Rəsmi Moskva Rusiyanın Türkiyədəki diplomatik missiyasının rəhbərliyinin və əməkdaşlarının, ümumiyyətlə, bu ölkədə çalışan Rusiya vətəndaşlarının təhlükəsizliyini Vyana Konvensiyasının şərtlərinə, eləcə də ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq tam təmin edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az