Dövlətçiliyimizin yeni və məsuliyyətli mərhələsi başlayır - RƏY

“Azərbaycan dövlətçiliyinin tamamilə yeni və məsuliyyətli mərhələsi başlayır, hamı bununla ayaqlaşmalıdır”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlara, yeniləşmə prosesinə və modernləşməyə qarşı çıxanlar bunun cəzasını çəkəcəklər və öz cavablarını alacaqlar:

Zaur Məmmədov: “Etiraza səbəb olan deputatlar vaxtında özlərinə “dur” deməliydi”

“Növbədənkənar parlament seçkisi ilə bağlı yenidən namizədliyini irəli sürən bir sıra keçmiş millət vəkillərinin çıxışları əhalidə qıcıq doğurur. Əfsuslar olsun ki, həmin adamlar yenidən özlərini Milli Məclisdə görmək istəyirlər. Lakin göründüyü kimi onların şansını növbəti dəfə sınamaq arzusu cəmiyyətdə heç də xoş qarşılanmır. Etiraza səbəb olan deputatlar vaxtında özlərinə “dur” deməliydi. Lakin sabiq deputatların bu qədər narazılıqdan sonra növbədənkənar seçkiyə qatılmaları islahatlara mane olmaq cəhdi kimi dəyərləndirilir”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verildi

SONRAKI XƏBƏR

Azərbaycanda biabırçılıq - Canlı efirdə 47 yaşlı qadınla 34 yaşlı kişi hamının gözü önündə öpüşdü/FOTO