Qarabağ danışıqlarında yeni mərhələ: “Paşinyan bu mərhələni uğurla başa çatdıra bilməyəcək”

“Ermənistan daxilində Qarabağ münaqişəsinin həlli ilə bağlı diskusiyalar gərginləşir və azərbaycanlılarla birgə yaşayışın mümkün olmayacağı xüsusi vurğulanır”.

Bunu Sherg.az-a açıqlamasında “Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutu”nun rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, rəsmi İrəvan “xalqların sülhə hazırlanması” prinsiplərinə zidd olaraq danışıqları pozmağa cəhd edir:

“ATƏT-ın Misnk Qrupunun həmsdərlərinin vasitəçiliyi ilə danışıqlarda müəyyən dinamika əldə edilib. Bu, həm də Azərbaycanın prinsipal siyasətinin nəticəsidir. Yenilənmiş Madrid prinsipləri üzrə danışıqların davam etdirilməsi istiqamətində müəyyən nəticələr əldə olunsa, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderləri bir araya gələ bilər. Bu, danışıqlarda Rusiya və Ermənistandan çox şey asılıdır. Əlbəttə, Rusiya prosesə mane ola bilər. Nikol Paşinyan iqtidarı da daxili siyasi vəziyyətdən xeyli narahatdır.

Politoloq: “Əgər Ermənistan hakimiyyəti Kremlə deyil, ABŞ və Qərbə arxalanarsa, müəyyən nəticələr ola bilər”

Çünki, Təhlükəsizlik Komitəsinin eks-sədri Vanetsyan sağ-mərkəzçi partiya quraraq Paşinyana qarşı siyasi fəaliyyətə başlayır. Bununla da Moskvanın siyasi dominantlığı altında yeni cəbhə açılması gözlənilir. Yəni Paşinyanın Qarabağ danışıqlarına qarşı Vanetsyan hərəkətə keçir. Əgər, bu, baş verərsə Paşinyan danışıqlardan geri çəkiləcək və əvvəlki siyasətini davam edəcək. Sadəcə onu demək mümkündür ki, Münhen Təhlükəsizlik Konfransında liderlərin görüşünə qədər cəbhə xəttində nisbi atəşkəsə əməl ediləcək”.

Siyasi şərhçinin sözlərinə görə, danışıqlar prosesində yeni mərhələ başlayıb:

“Lakin Paşinyan bu mərhələni uğurla başa çatdıra bilməyəcək. Əgər Ermənistan hakimiyyəti Kremlə deyil, ABŞ və Qərbə arxalanarsa, müəyyən nəticələr ola bilər. Amma Paşinyan hakimiyyəti itirməkdən qorxur. Ona görə də danışıqlarda sadəcə humanitar missiyaları yerinə yetirməyi boynuna götürür. Ərazilərin boşaldılmasına gəldikə isə, Paşinyan buna getməyəcək. Apreldən sonra substantiv danışıqlarda irəliləyiş olmasa, Azərbaycan gücə önəm verməlidir. Hərbi güclə Ermənistan siyasi cəmiyyəti bütün variantları qəbul edə bilər”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Ərəblər İranla gizli danışıqlara başladı – ABŞ fiaskosu

SONRAKI XƏBƏR

Xanımlarla bağlı bəsit faktlar