Paşinyan görün harada SELFİ ÇƏKDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlin divarı qarşısında fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyada səfərdə olan Paşinyan paylaşımında divarda çəkilən məşhur Brejnev-Honekker qraffiti haqqında yazıb.

“Berlin Divarı artıq boyanacaq bir yer deyil, köhnə ilə yeni arasındakı bir sərhəddir. Şəkildə SSRİ-nin birinci katibi Leonid Brejnev və Almaniya Demokratik Respublikasının lideri Erik Honekker yer alıb. Bu, Honekker və Brejnevin rəsmi görüşündən bir fraqmentdir. Şəklin LGBT mövzusu ilə əlaqəsi yoxdur. Həm SSRİ-də, həm də ADR-də LGBT üzvü olmaq cinayət idi. Nə Brejnev, nə də Xoneker LGBT olub”, - baş nazir qeyd edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Qüdsün erməni məhəlləsini ələ keçirməyə çalışır

SONRAKI XƏBƏR

Daha bir güləşçimiz Ermənistan idmançısını Avropa çempionatında məğlub etdi