ATƏT DTİHB-in dözümsüz davranışı- Siyasi analiz

Və ya Azərbaycanı cəzalandırmaq üçün hədəf seçilən Aygün Attar

Zaman-zaman Azərbaycanda keçirilən bu və ya digər seçkilərə mənfi elementlər qatmağa, onun demokratikliyini şübhə altına almağa cəhdlər göstərilib, fəaliyyətlər ortaya qoyulub. Bir qayda olaraq ölkəmizə qarşı ənənəvi olaraq qərəzli mövqedən çıxış edən, qeyri-obyektiv münasibət sərgiləyən beynəlxalq təşkilat və qurumlar, onların seçki müşahidə missiyaları tərəfindən sərgilənən münasibət fevralın 9-da baş tutan növbədənkənar parlament seçkiləri ərəfəsində də özünü göstərdi. Əksər seçki dairələrində səsvermə prosesinin yüksək seçici fəallığı və demokratik şəraitdə baş tutmasına baxmayaraq bəzi beynəlxalq müşahidə missiyaları seçkinin nəticələrini şübhə altına almağa çalışdılar. Nəticələrin mütləq əksəriyyətinin Azərbaycan cəmiyyəti, seçiciləri tərəfindən qəbul edilməsinə baxmayaraq, yenə də öz məkrli niyyətlərindən əl çəkmədi, bəyan etdikləri ilkin seçki dəyərləndirmələrinin tamamilə əksi olan yanaşma ortaya qoymaq həvəsinə düşdülər. Bu sırada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) pozuculuq fəaliyyəti özünü daha qabarıq şəkildə büruzə verdi desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, sözügedən təşkilatın seçki müşahidə missiyası seçkilərin ilkin dəyərləndirməsi zamanı həmişəkindən fərqli olaraq bir qədər obyektiv mövqe sərgiləmişdi. Lakin az keçmədən ATƏT DTİHB-in məkrli niyyəti özünü açıq şəkildə göstərdi. Belə ki, ATƏT Demoktratik Təsisatlar və İnsan Haqları Bürosu 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının tərkibi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına mraciət etdi. Nə qədər qəribə və təəccüblü də olsa, həmin müraciətdə qurum ATƏT öz missiya rəhbəri müşahidəçilərdən biri olan Aygün Attarın akkreditasiyasının ləğv olunmasını xahiş edirdi. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən müraciət təmin edilidi və Aygün Attara verilmiş lövhəcik etibarsız hesab olundu.

Bəs görəsən, adıçəkilən qurumun MSK-ya müraciətinin əsasında nə dayanırdı və hansı səbəbdən Aygün Attarın müşahidəçi missiyası ATƏT DTİHB-i narahat edirdi. Əldə etdiyimiz məlumata görə, ATƏT DTİHB-in növbədənkənar parlament seçkilərinin ilkin dəyərləndirilməsi ilə bağlı hazırladığı bəyanatda Aygün Attarın da apardığı müşahidələr və qeydə aldığı müsbət məqamlar öz əksini tapıb. Məhz ilkin dəyərləndirmədə qeyd olunan müsbət elementləri Aygün Attarın obyektiv və qərəzsiz fəaliyyəti kimi dəyərləndirmək yerinə düşəır. Ancaq görünür ATƏT DTİHB-ə obyektivlik və ədalətli mövqe deyil, qərəz, qeyri-obyektiv yanaşma daha çox sərf edir və ona görə də qurum Aygün Attarın müşahidəçi kimi fəaliyyətini onların Azərbaycana olan qərəzli münasibətinin formalaşmasına əngəl hesab edirlər. Çünki müşahidə missiyasının seçkilərlə bağlı hazırladığı yekun hesabatda həmin missiyanın bütün üzvlərinin mövqeyi əksini tapacaq. Hesabata isə Aygün Attarın gördüyü müsbət məqamları daxil etməsi ATƏT DTİHB-nin Azərbaycanı yenidən hədəf seçməsini əngəlləyə biləcək. Ona görə də qurum Azərbaycanı hədəf seçmək üçün qarşısında olan ən başlıca maneə, Aygün Attarı zərərsizləşdirməyi ən məqbul variant hesab edib.

Aygün Attarla bağlı ATƏT DTİHB-nin Mərkəzi Seçki Komissiyasına ünvanladığı müraciətdə erməni barmağının da olduğunu əminliklə söyləyə bilərik. Məlumat üçün qeyd edək ki, ATƏT müşahidəçilərindən olan professor, tarixçi Aygün Attar uzun illər Türkiyənin Girəsun Universitetinin rektor vəzifəsində çalışıb. 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülən tarixçi həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərib. Aygün Attar bir elm adamı, professor kimi zaman-zaman erməni yalanlarının üzə çıxarılması, ermənilərin azərbaycanlılara, Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Nəzərə alsaq ki, zaman-zaman ATƏT DTİHB-də erməni maraqlarına xidmət edən siyasilərin olması barədə fikirlər səslənib və bu fikirlər müəyyən vaxtlarda öz təsdiqini tapıb, o zaman Aygün Attarla bağlı edilən müraciətdə də erməni maraqlarının olduğunu söyləyə bilərik. Çünki qeyd etdiyimiz kimi sözügedən qurumun yekun hesabatı hazırlanarkən Aygün Attarın da mövqeyi hesabatda əksini tapacaqdı ki, bu da Avropadakı antiAzərbaycan qüvvələr, xüsusilə də ermənilərin maraqlarına zidd olacaqdı. Ona görə də Azərbaycanı hədəf almaq üçün Aygün Attarı prosesdən uzaqlaşdırmaq ən optimal variant hesab edilib.

ATƏT DTİHB-in belə bir mövqe nümayiş etdirməsi bu qurumun bir daha qərəzliliyi, qeyri-obyektivliyini ortaya qoymuş oldu. Eyni zamanda bu ATƏT-in dözümsüz davranışlar sərgilədiyinin əksidir.

 

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Güləşçimiz erməni rəqibini məğlub etdi

SONRAKI XƏBƏR

Paşinyan görün harada SELFİ ÇƏKDİ