Əliyev-Paşinyan debatı: Bu, uşağı döymək idi - Kuznetsov

Əliyev-Paşinyan debatı: Bu, uşağı döymək idi - Kuznetsov

Münhen Təhlükəsizlik Konfransı dünya tarixinə ABŞ-ın Çinə Soyuq müharibə elan etməsi ilə yadda qalsa da, Azərbaycan və Ermənistan xalqlarının, o cümlədən hakimiyyətlərinin yaddaşında sözügedən konfrans İlham Əliyev və Nikol Paşinyan arasında Dağlıq Qarabağ ətrafında gedən müzakirələrlə qalacaq.

Bunu Axar.az-a açıqlamasında rusiyalı tanınmış tarixçi və professor Oleq Kuznetsov deyib.

O, bildirib ki, diskussiyanın videoyazısına əvvəldən-axıra kimi iki dəfə baxandan sonra onda iki qəti təəssürat yaranıb:

“Birincisi, təşkilatçılar diskussiyanı əvvəldən seçilmiş auditoriyanın iştirakı ilə tok-şou formatında keçirdilər. Tok-şou formatına adətən panel müzakirələrində rast gəlinir”.

Politoloq müharibə şəraitində olan iki dövlət başçısının görüşünün ilk dəfə belə bir şəraitdə keçirilməsinin önəmli məqam olduğunu deyib:

“İlham Əliyev və Nikol Paşinyan təşkilatçılar tərəfindən bilərəkdən üz-üzə otuzdurulmuşdular, aralarında isə “hakim” yer almışdı. Diskussiya barədə uzun danışmağa ehtiyac yoxdur, cəmi iki sözlə onu xarakterizə etmək olar – “uşağı döymək”.

Rusiyalı tarixçi həmçinin əlavə etdi ki, İlham Əliyevin qələbə çalacağı əvvəlcədən bəlli idi. Çünki o, hər bir göstəriciyə - istər ingilis dili biliyi, ümumi erudisiyası, istərsə də özünü aparmaq qabiliyyəti və özünü auditoriyaya təqdim etmək bacarığına görə opponentini üstələyirdi:

“Paşinyanın intellektual mövqeyinin zəif cəhəti ondan ibarət idi ki, o, tutarlı arqumentlərə deyil, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulmuş və beynəlxalq normalara zidd ideoloji stereotiplərin və təbliğat doqmalarının kompleksinə əsaslanırdı. Lakin bu, Prezident Əliyevi heç narahat etmirdi, çünki o, rəqibinin bacarıqsızlığını dərhal anlamışdı və onu məntiqi arqumetlərlə çıxılmaz vəziyyətə salırdı. Şübhəsiz, “Əliyev və Paşinyan” intellektual duelində birmənalı qalib, hətta texniki nokautla qələbə qazanan Azərbaycan Prezidenti oldu”, - Kuznestov bildirib.

Mənbə: axar.az