İlham İsmayılov: “Bələdiyyə üzvləri və bu sahədə xidmət göstərən işçilər xalqın ehtimadını doğrultmalıdır”

İlham İsmayılov: “Bələdiyyə üzvləri və bu sahədə xidmət göstərən işçilər xalqın ehtimadını doğrultmalıdır”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir Bələdiyyəsinə yeni seçilən bələdiyyə üzvləri ilə görüşüb şəhərin gələcək inkişaf perspektivləri ilə bağlı onlarla müzakirə aparıb, bələdiyyə üzvlərinə öz tövsiyyələrini çatdırıb.

Qeyd edək ki, bələdiyyəyə keçirilən seçkilər zamanı 60 nəfər namizəddən 19-u şəhər əhalisinin ehtimadını qazanaraq seçkidə qalib olmuş və artıq öz səlahiyyətlərinin icrasına başlamışlar.

Məhz bu ərəfədə bələdiyyə üzvləri ilə görəşən icra başçısı çıxışı zamanı Mingəçevirdə mövcud olan problemlər və onların həlli istiqamətində aparılan işlərdən söz açıb: "Şəhərdə suvarma su-kanalizasiya və istilik sistemlərinin qaydaya salınması üçün hər bir vasitədən istifadə edirik. Bu bizim hələlik qarşımızda duran ən mürəkkəb vəzifələrdən biridir. Şəhərdə yeni iş yerlərinin açılması məqsədilə xarici investorlarla yaxından əlaqə saxlamağa, eləcə də sahibkarların gücündən istifadə etməyə çalışırıq. Əlbəttə, potensial imkanlarımız çoxdur. Məqsədimiz bu imkanalrı hərəkətə gətirməkdir. Ötən illərdən miras qalmış çətinlikləri həll etmək üçün daha mütərəqqi layihələr işlənməli, maraqlı təkliflər həyata keçirilməlidir. Şəhər İcra Hakimiyyəti olaraq işsizliyin aradan qaldırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, abadlıq-quruculuq işlərinin daha da genişləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.”

İlham İsmayılov 2020-ci ildə Mingəçevir şəhərində görüləcək işlər barədə də qısa məlumat verdi : "Ötən ildəkinə nisbətən bu il daha çox iş görməyi qarşıya məqsəd qoymuşuq. Bu mənada 45 məhəllənin abadlaşdırılması, 184 məhəllədə daxili işıqlandırma sisteminin qurulması, 9 küçəsinin başdan-başa işıqlandırılması, 11doqquz mərtəbəli binada tam təmir işlərinin başa çatdırılması, yeni parkların və istirahət məkanlarının yaradılmasını da qarşıya məqsəd qoymuşuq. O cümlədən tərəvəzçilik, tingçilik, bağlar kimi yaşayış massivlərində küçələrin asfaltlanması və yeni işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur.”

İcra başçısı bələdiyyə üzvlərinə müraciər edərək Şəhər Bələdiyyəsinin aparılan abadlıq və quruculuq işlərindən kənarda qalmamasını, bu sahədə maraqlı layihələr və təkliflərlə çıxış edib, əməli işlər görməsinin vacibliyini dilə gətirdi. "Bələdiyyə üzvləri və bu sahədə xidmət göstərən işçilər xalqın ehtimadını doğrultmalı, əməli işləri ilə şəhərimizin yüksəlişinə, abadlıq-quruculuq işlərinin sürətlə getməsinə təkan verməlidirlər.” Deyə İlham İsmayılov vurğuladı.

Şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev bələdiyyə üzvləri adından şəhər İcra Hakimiyyətinin başçısına, onlara göstərilən diqqətə və xoş sözlərə görə təşəkkürünü bildirdi və əmin etdi ki, onlar öz əməli işləri ilə şəhər əhalisinin etimadını doğruldacaqlar.

Mənbə: www.7news.az