Gül Ərdoğandan ayrılma səbəbini açıqladı

Gül Ərdoğandan ayrılma səbəbini açıqladı

Parlamentli idarəetmə sistemi Türkiyə üçün daha doğru yoldur.

Axar.az xəbər verir ki, bunu “Karar” qəzetinə müsahibəsində Türkiyənin keçmiş prezidenti Abdullah Gül deyib.

“Prezident olaraq səlahiyyətlərimin azaldılmasının belə demokratik nizama daha uyğun olacağını tez-tez ifadə etdim. Həmin Konstitusiyada prezidentə tanınan səlahiyyətlər çevriliş Konstitusiyasında çevrilişin rəhbərinin prezident olduğu düşünülərək verilmişdi.

O zaman Konstitusiya layihəsi ortaya çıxanda açıq şəkildə bəyan etdim. İndiyə qədər türk tipli parlamentar sistemlə idarə edildik. Mən tam demokratik parlamentar sistemin yanında idim”, – deyə o bildirib.

Gül dünyada siyasi islamın çökdüyünü söyləyib:

“Dindar insanların və siyasi hərəkatların azadlıq tərəfdarı ola bilməsi fövqəladə önəmi olan mövzudur. İslami kimlikli siyasi hərəkatlar demokratik və azadlıqsevər olanda, təməl insan haqlarını qlobal anlamda mənimsəyib, tətbiq edəndən sonra iqtidara gələndə yaxşı idarəetməni gerçəkləşdirmiş olurlar. Bunun nümunəsini ilk dönəmimizdə göstərdik və dindar insanların dövlət idarəetməsini necə rasional əsaslarla idarə etdiklərini sərgilədik. Bu uğur bütün islam dünyasına və hətta islami hərəkatlara bir dönəm ilham qaynağı oldu. İndi siyasi islamın çöküşü deyə müzakirələr var. Həqiqətən, bütün dünyada siyasi islam çökür”.

Mənbə: axar.az