Erməni komandir: “Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli məğlub olmusan”

Erməni komandir: “Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli məğlub olmusan”

“Əgər “Harsnakar”da hərbi həkimin üzərinə silah qaldıranlar, Vayk hərbi hissələrindən birində zabitə qarşı xuliqanlıq hərəkəti edənlər, “N” saylı hərbi hissədə qətl və bir sıra cinayət iğtişaşları edənlər vaxtilə layiqli cəzalarını alsaydı, bu qətllər olmazdı”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunda hökm sürən vəziyyətə və tez-tez baş verən qətl hadisələrinə toxunarkən “Tiqran Mets” alayının komandiri, eyni adlı hərbi məktəbin direktoru Koryun Qumaşyan bildirib.

Qumaşyanın sözlərinə görə, tez-tez baş verən iğtişaşlar köhnələrlə yenilərin toqquşmasının nəticəsidir.

“Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli sən məğlub olmusan”, - deyə o bildirib.

Komandir qeyd edib ki, Ermənistan ordusunda ordudan yayınanlar xidmət edənlərdən daha çoxdur.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az