Parlamentdə iclas vaxtı təxribat: Qadın deputatlardan inanılmaz addım

Parlamentdə iclas vaxtı təxribat: Qadın deputatlardan inanılmaz addım

Gürcüstan parlamentində spiker Arçil Talakvadzenin 2019-cu ildəki fəaliyyətinə dair hesabatı dinlənilən iclasda təxribat baş verib.

Teleqraf.com xəbər verir ki, müxalifətçi deputatlar SSRİ-nin himninin səsləndirildiyi meqafonla iclas otağına giriblər.

Müxalifətçi deputatlar Yelena Xoştariya (Avropa Gürcüstanı) və İrma Nadiraşvilinin (Vahid Milli Hərəkat) bəyan etdikləri kimi, onlar bu addımla Gürcüstan hakimiyyətinin siyasətinə etiraz ediblər.

Qeyd edək ki, iclasda həm Gürcüstan Baş Naziri Georgi Qaxariya, həm hökumət üzvləri, həm də ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mənbə: teleqraf.com