Dövlət ittihamı idarəsinə yeni rəis təyin edildi

Dövlət ittihamı idarəsinə yeni rəis təyin edildi

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

 

Primetime.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Mənbə: primetime.az