Tacikistanla Qırğızıstan arasında diplomatik qalmaqal

Tacikistanla Qırğızıstan arasında diplomatik qalmaqal

Taciklərin Batken vilayətinə iddiaları gərginliyi artırıb
Tacikistanla Qırğızıstan arasında sərhəd qalmaqalı səngimir. Əldəolunan razılaşmaya görə, birgə işçi qrupu martın 1-nə qədər münaqişələrin başverdiyi tacik-qırğız sərhədində ərazilərin mübadiləsi ilə bağlı plan təqdimetməlidir. Lakin elə bu ərəfədə qalmaqal baş verib. Qırğızıstan xarici işlərnaziri Tacikistanın ölkədəki səfiri Nazirmad Alizodeyə nota təqdim edib. Səbəbdə Tacikistanın Soqdi vilayətinin rəisi general-mayor Abdullo NadjuvanovunBatken vilayətinin heç vaxt qırğız ərazisi olmadığı barədə bəyanatıdır. Tacikgeneral qonşularının ünvanına qeyri-korrekt ifadələr də işlədib. AbdulloNadjuvanov daxili işlər nazirinin müavini vəzifəsindən Soqdiysk vilayətinətəyinatı ilə bağlı keçirdiyi ilk mətbuat konfransında Qırğızıstanla sərhədərazidə baş verən münaqişəyə toxunub. Bildirib ki, bu məsələ hüquq-mühafizəorqanlarının, terrorizm və ekstremizm kimi problemlərindən biridir. "Əgər tarixəmüraciət etsək keçmişdə Batken heç zaman qırğız torpağı olmayıb. Məniməcdadlarım qırğızları bura gətirdilər və onlara torpaq verdilər, bu gün dəonlar bizlərə problem yaradırlar”, - deyə "Sputnik” agentliyi polis rəisininsözlərini sitat kimi yazıb. Məlumat üçün bildirək ki, Batken vilayətiQırğızıstanın ərazisindədir. Bişkekdə də baş verənləri və səslənən fikirləritəxribat cəhdi kimi qiymətləndiriblər. Qırğızıstan XİN-dən bildiriblər ki,yüksək rütbəli məmurların belə çıxışları yolverilməzdir. "Ən əsası, bu cürçıxışları hüquq-mühafizə orqanlarının əməkdaşları etməməlidirlər. Onlar bu cürtəxribatçı bəyanat və hərəkətlərə yol verməməlidirlər”, - deyə qırğız XİN-in məlumatındabildirilir. Bişkek Düşənbədən rəsmi məlumat verilməsini gözləyir. Ümid edir ki,bu cür bəyanatlar bir daha təkrarlanmayacaq.
Mübadilə prosesi isə artıq qalmaqallarla davam edir. Əvvəlcə Batkensakinlərinin tələbi ilə qırğız hökumətinin baş nazirinin müavini Janiş Razakovvəzifəsindən çıxarılıb. Bu şəxs son dörd ildə dövlət sərhədlərinindelimitasiyası və demarkasiyası ilə məşğul olub. Qırğız siyasətçisi FeliksKulov hesab edir ki, söhbət "narahatçılıqdan” getmir, bu şəxsin vəzifəsindənazad edilməsi tələbindən gedir. Əks təqdirdə, vəzifəsində olacağı müddətdədüzgün mövqedə olduğunu sübut etmək üçün ərazi tələbləri ilə çıxış etməkdədavam edəcək. Yəni belə çıxışlar edən təxribatçıların fikirlərini davametdirəcək. Sərhəddə sonuncu münaqişə yanvar ayında, qonşuların bir-birinə atəşaçması nəticəsində yaşanıb. Hərbçilər hələ də gücləndirilmiş qaydada xidmətçəkməkdə davam edirlər. Ötən il iki ölkə tarixində ən münaqişəli il kimi yaddaqalıb. 12 dəfə etniklərarası münaqişə yaşanıb – ondan artıq ölən və yaralananolub. İki ölkə prezidenti Sooronbek Jeenbekov və Emomali Rahmon arasında keçiriləngörüş və danışıqlar da sülh gətirməyib. Mübahisəli ərazilərlə bağlı prosesinbaşladılması qərara alınıb. İki ölkənin topoqrafik qrupları Batken(Qırğızıstanın) vilayəti ilə Tacikistanın İsfar şəhərinin mübadiləsiimkanlarını nəzərdən keçirirlər. Yekun mübadilə planı martın 1-nə kimi təqdimolunmalıdır. Yerli sakinlərlə müvafiq danışıqlar aparılır. Qırğızıstanla sərhədÇorkux ərazisində olan tacik eksperti Neqmatullo Mirsaidov "Nezavisimayaqazeta” qəzetinə açıqlamasında bildirib ki, regionda vəziyyət sakitdir, lakinpatrul xidmət çəkir. "Qırğız qonşumun evinə qonaq getdim. Onun xanımınahəkimlər müalicə yazmışdılar. Astma xəstəsidir. Ona yaxşı bir həkim məsləhətgördüm. Ümumiyyətlə, insanlar sülh şəraitində yaşamağı istəyirlər. İnsanlarmübahisəli ərazilərdə yaşayırlar. Ola bilsin ki, bura qırğız ərazisidir.Narahatdırlar ki, evlərindən çıxarıb qovalaya bilərlər. İnsanlar illər uzunuyaşadıqları ərazini tərk etmək istəmirlər. Lakin deyəsən, bunu etməliolacaqlar. Qonşularımla gəldiyim təəssüratları bölüşdüm. İki ölkənin rəhbərləriöz yerlərini tərk edən insanları "incitmək” istəməməyə çalışacaqlar. Əlbəttəxalqlar bölünəcək, lakin ən əsası odur ki, münaqişələr yaşanmasın. Bu gündüzgün olan variant bir-birinə nifrət hissi ilə alışıb yanan insanlarıbarışdırmaqdır. Əgər ərazi mübadiləsi və insanların köçürülməsi ağrısızolacaqsa, bu, böyük bir nailiyyət olacaq”, - deyə Mirsaidov bildirib.
Qırğız hərbi eksperti, polkovnik Toktakul Kakçekeyev əmindir ki,münaqişə o qədər mürəkkəbdir ki, tacik generalın bəyanatı belə neqativ roloynamayacaq. Problem ondadır ki, mübahisəli ərazidən çay keçir və onun üzərindəhidrotexniki qurğular yerləşdirilib. Onlar da qırğız və daha sonra tacikərazisini su ilə təchiz edir. "Bu ərazi illər uzunudur ki, mübahisəli hesabedilir. Ona Tacikistan da iddia edir. Hazırda da bu ərazi mübadilə ərazisinədüşüb. 29 ildir ki, bu məsələ həllini tapmır və çətin ki, bu gün həllinitapsın”, -deyə Kakçekeyev bildirib. O, xatırladıb ki, bu ərazi ilə narkotrafikvə yanacaq-sürtgü materiallarının qaçaqmalçılığı keçir. Bu prosesin isə əsasıTacikistanda vətəndaş müharibəsi başlananda qoyulub. O illərdə Qərb əfqansiyasi qüvvələrinə güclü dəstək verir, ayrı-ayrı klanları müdafiə edirdi."Düşənbənin əsas hədəflərindən biri - tacik anklavını birləşdirməkdir. Süniyaradılan mühasirə vəziyyətindən çıxmaq üçün taciklər müxtəlif vasitələrə əlatırlar – məişət məsələlərindən tutmuş etnik münaqişəyə kimi. Vəziyyətinsabitləşməsi üçün müxtəlif görüşlər keçirilir, az əhəmiyyət kəsb edən sənədlərimzalanır. Qırğızıstanda bu məqsədlə baş nazirin müavini postu da yaradılıb. Buşəxs məhz sərhəd məsələlərinin həlli ilə məşğul olmalıdır. Lakin heç bir uğurəldə edə bilməyib. Qırğız parlamentinin deputatlarından biri bildirib ki, HanişRazakov baş nazirin müavini olduğu müddətdə sərhədin dörd santimetrini belədelimitasiya etməyə müvəffəq olmayıb. Lakin qan tökülməsi bir neçə dəfə başverib. Onun qənaətincə, məmurlar bu məsələnin həllində heç bir hüquqa malikdeyillər.

Azər NURİYEV

 

Mənbə: kaspi.az